Namiq Sələfov qardaşı Qulinin "imperiya"sına özü rəhbərlik edəcək

Namiq Sələfov qardaşı Qulinin "imperiya"sına özü rəhbərlik edəcək

17 Sentyabr 2020 14:51
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycanın kriminal lideri mərhum Lotu Qulinin qardaşı Namiq Sələfov (Bakinski) Merab Mzarelua və Matsi Qvaramiya adlı iki oğrubaşını barışdırıb.

Oxuməni.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, "Quliyevski" oğruları Merab Mzarelua və Matsi Qvaramiya öz aralarında mübahisə edibər. Matsi Mzareluanı xəyanətdə günahlandıraraq onu döyüb. Namiq isə bu münaqişəni həll etmək qərarına gələrək onları barışdırmağa nail olub.

Bu isə o deməkdir ki, Namiq qardaşı Qulinin oğru "imperiya"sını nəzarəti altına ala bilər.

Hadisələrin gedişi göstərir ki, əslində, Namiq mərhum qardaşının "imperiya"sına nəzarət edir və nə Mzarelua, nə də Matsi, nə də digərlərinə rəhbərliyi ələ almağa imkan verməyəcək.

Oxuməni.az