Bakıda böyük söküntüı gələn aydan başlanır - Video

Bakıda böyük söküntüı gələn aydan başlanır - Video

21 Aprel 2018 07:55
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda "Sovetski"də yollar çəkilir. Aprelin axırı-mayın əvvəllərindən etibarən isə bu ərazidə yenidən söküntü işlərinə başlanılacaq.

Bu barədə Real TV-ə müsahibəsində Baş nazirin müavini Abid Şərifov bildirib. Onun sözlərinə görə, bu il "Sovetski"də söküntü işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb.

"Bu il və gələn il 2500-ə yaxın evin sökülməsi nəzərdə tutulub. 2500 evi köçürmək asan deyil. Ona görə də hazırlıq işləri gedir. Böyük ehtimalla aprelin sonu-mayın əvvəlində söküntü işlərinə başlanılacaq. Söküntü işlərinin aparıldığı ərazilərdə yol çəkiləcək, yaşıllıq və park salınacaq. Başqa işlərdən söhbət gedə bilməz", - deyə Abid Şərifov qeyd edib.

Baş nazirin müavini Bakıda həyata keçirilməsi nəzərdə tutulan və başladılan pilot layihələr barədə də açıqlamalar verib.