Səxsiyyət vəsiqələrində elektron imza
2019-cu ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatının tətbiqi nəzərdə tutulub.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov "Mobil elektron imza" layihəsinin təqdimatında deyib.
O bildirib ki, bu, elektron imzanın kütləviləşməsinə gətirib çıxaracaq: "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə daim təkmilləşdirmə işləri həyata keçirir. Nazirlik vətəndaşların rahat şəkildə xidmətlərdən yararlanmaları üçün şərait yaratmaqda davam edir".APA
Digər xəbərlər