Ukrayna ordusu ABŞ-ın verdiyi HIMARS-dan Xersondakı bərəni vurdu, ölən və yaralananlar var

Ukrayna ordusu ABŞ-ın verdiyi HIMARS-dan Xersondakı bərəni vurdu, ölən və yaralananlar var

21 Oktyabr 2022 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hərbçilərinin Xerson vilayətində Dnepr çayı üzərindəki bərəyə gecə endirdiyi zərbənin nəticələri ilə bağlı məlumatların alınması davam edir. Son bir neçə gündə ondan bölgənin sağ sahil rayonlarından dinc sakinlərin təxliyəsi üçün fəal şəkildə istifadə olunub. Yalnız dünən ən azı 5000 insan Antonovski körpüsü yaxınlığındakı bərə vasitəsilə Xersonun tərk etmişdi.

Xerson vilayətinin hakimiyyət orqanlarının məlumatına görə, Kiyev terror rejiminin qoşunları Amerikanın HIMARS sistemlərindən azı 12 raket atıb. Onlardan 11-i vurulub. Biri isə bərəni məhv edib.

Zərbə nəticəsində azı 10 avtomobil tamamilə yanıb. 3 nəfərin də öldüyü bildirilir. Dnepr çayının sol sahilinə keçən 15 nəfər yaralanıb.

Zərbə nəticəsində çoxsaylı mülki avtomobillərin yanması ilə bağlı məlumatı Luqanskın Moskvadakı nümayəndəsi Rodion Miroşnik də təsdiqləyib.

Xatırladaq ki, son bir neçə gün ərzində vəziyyətin gərginləşməsi ilə əlaqədar Xerson, Nova Kaxovka, Berislav və Xerson sağ sahilinin digər yaşayış məntəqələrindən əhalinin təxliyyəsi həyata keçirilir. Bərə Xerson və Aleşki arasında hərəkət edən yeganə vasitə kimi istifadə olunurdu.