Keçmiş Çin lideri Jiang Zemin 96 yaşında vəfat edib
Tiananmen meydanındakı etirazların qanlı yatırılmasından sonra hakimiyyətə gələn keçmiş Çin lideri Jian Zemin 96 yaşında dünyasını dəyişib.
Oxuməni.az xəbər verir ki, Jian Zemin 1989-2002-ci illərdə Çin Kommunist Partiyasının baş katibi və 1993-2003-cü illərdə Çin Xalq Respublikasının sədri vəzifələrində çalışıb. O, dünyanın ən sıx məskunlaşdığı ölkəsinin rəhbərliyinə seçilib.
Hakimiyyətin Jian Zemin-in varisi Hu Jintaoya keçməsi zamanı Çin iqtisadi artım baxımından dünya lideri oldu.
Demokratiya uğrunda hərəkatla məşğul olan Çin Siyasi Bürosu da öz sıralarında liberallaşma tərəfdarlarından təmizlənməyə başladı.
O dövrdə faktiki olaraq ölkədə ən yüksək gücə sahib olan Den Syaopin, sadiq və eyni zamanda qanlı hadisələrlə birbaşa əlaqəsi olmayan bir himayəçiyə ehtiyac duyurdu. Seçim Şanxaydakı partiya təşkilatına rəhbərlik edən və zorakılıq olmadan şəhər üzərində nəzarəti saxlamağı bacaran Jiang Zemin üzərinə düşdü. Bir çox çinşünasların fikrincə, Səmavi İmperatorluğun daxili siyasəti əsasən “Pekin” və “Şanxay” qrupları arasında açıq-aydın rəqabətlə müəyyən edilirdi.
Den Syaopin 1997-ci ildə vəfat edir . Artıq ovaxta qədər Jian Zemin işlədiyi bütün vəzifələrdə özünü bacarıqlı siyasətçi kimi göstərmişdi.
O, heç bir islahatçı reputasiyasına malik deyildi, lakin sosial sabitliyi və Kommunist Partiyasının aparıcı rolunu qoruyaraq, tədricən iqtisadi islahatlar da aparırdı.
Jian Zemin, Tayvanın statusu ilə bağlı sərt mövqe tərəfdarı idi, bu da ona Çin ordusunda çoxlu tərəfdar qazandırmışdı.
2002-ci ilin noyabrında Jian Zemin hakimiyyətin ötürülməsi üçün yol açmağa başladı. Əvvəlcə o, öz varisi Hu Tsintaoya partiyanın rəhbəri postunu verdi və 2003-cü ilin martında Hu ÇXR sədrinin vəzifəsini tutdu.
2004-cü ilin sentyabrına qədər Jian Mərkəzi Komitənin Mərkəzi Hərbi Şurasının sədri kimi mühüm vəzifəsini qoruyub saxlamışdı və müşahidəçilərin fikrincə,o, bütün postları tərk etdikdən sonra da uzun müddət nüfuzunu qoruyub saxlaya bilmişdi.
Emin Axund, Oxuməni.az