
İsrail Ukraynaya hərbi texniki yardım göstərilməsini istisna etmir
İsrail Ukraynaya mümkün hərbi yardım məsələlərini araşdırır, lakin bu günə qədər belə bir qərar verilməyib.
Oxuməni.az xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu CNN-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda İsrail və Rusiya arasında "mürəkkəb münasibətlər" inkişaf edir, o cümlədən Suriyadakı müharibə ilə bağlı vəziyyətə görə.
"Suriya ilə şimal sərhədimizdə İsrail təyyarələri və Rusiya təyyarələri bir-birindən qısa məsafədə, sözün əsl mənasında qol uzunluğunda uçur. Rusiya Suriya müharibəsində iştirak edir ",- deyib Netanyahu.
Buna görə də jurnalistin Ukraynaya hərbi dəstək verməyi düşünüb-düşünməyəcəyi sualına cavab verən İsrail Baş naziri bunun nəzərdən keçiriləcəyini söyləyib.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər