Kreml Qərbə cavab verdi: Rusiya planlarını dəyişdirmir

Kreml Qərbə cavab verdi: Rusiya planlarını dəyişdirmir

27 Mart 2023 20:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin mənfi reaksiyasından sonra Belarus ərazisində taktiki nüvə silahının yerləşdirilməsi ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiyanın planları belə bir reaksiyanı dəyişdirə bilməz. Prezident hər şeyi izah etdi. Burada əlavə ediləcək bir şey yoxdur ",- deyə o bəyan edib.

Martın 25-də Rusiya prezidenti Vladimir Putin Minsk ilə Belarus ərazisində taktiki nüvə silahının yerləşdirilməsi barədə razılığa gəldiyini söylədi. Putinin sözlərinə görə, Belarusda taktiki nüvə silahı daşıya bilən 10 təyyarə və "İskəndər"raket kompleksi yerləşdirilib. NATO Rusiyanın nüvə ritorikasını "təhlükəli və məsuliyyətsiz"adlandırdı. Fransa Xarici İşlər Nazirliyi Rusiyanı Belarus ərazisində taktiki nüvə silahının yerləşdirilməsi barədə qərara yenidən baxmağa çağırıb.

Əziz Mustafa, Oxuməni.az