Paris Əliyev və Paşinyanın danışıqlarına dair bəyanatla çıxış edib

Paris Əliyev və Paşinyanın danışıqlarına dair bəyanatla çıxış edib

2 İyun 2023 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Yelisey sarayı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun Kişinyovda Avropa siyasi birliyinin ikinci sammiti çərçivəsində keçirilən beştərəfli görüşünün yekunlarına dair bəyanat yayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Fransa prezidenti bir daha vurğulayıb ki, Bakı və Yerevan ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləyirlər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Almatı Bəyannaməsində müəyyən edilmiş sərhədlərə riayət olunması ilə bağlı 6 oktyabr 2022-ci il tarixində Praqada ifadə olunmuş öhdəliklərini təsdiq ediblər. İki ölkənin liderləri Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörməti təsdiq ediblər.

Tərəflər Avropa İttifaqı müşahidəçilərinin Ermənistandakı missiyasından danışıblar.

Makron bölgənin bütün əhalisinin xeyrinə sülhü bərpa etmək üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Əziz Salamoğlu