Baxmut ətrafında gərgin vəziyyət davam edir
Ukraynanın Donetsk vilayətinin Baxmut istiqamətində vəziyyət yenidən gərginləşib. Təşəbbüsün qarşısını almaq üçün qarşılıqlı hücumlar davam edir.
Oxuməni.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
“Burada vəziyyət çox tez dəyişir. Eyni mövqelər üzərində nəzarəti itirmək və gündə iki dəfə bərpa etmək olar”, - deyə Malyar bəyan edib.
Onun sözlərinə görə, Ukrayna qoşunları cənub cinahında Klişçievka ərazisində şiddətli döyüşlərlə irəliləyir.
Əziz Salamlı
Digər xəbərlər