NATO əks-hücum başa çatana qədər F-16-ları Ukraynaya təhvil verməkdən imtina edib

NATO əks-hücum başa çatana qədər F-16-ları Ukraynaya təhvil verməkdən imtina edib

4 İyul 2023 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna əks-hücum başa çatana qədər F-16 qırıcılarından istifadə edə bilməyəcək.

Oxuməni az xəbər verir ki, bunu NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer LBC radiostansiyasına müsahibəsində deyib.

Alyans komitəsinin rəhbəri qeyd edib ki, ukraynalı pilotların və texniki mütəxəssislərin hazırlanması, təyyarələr üçün maddi-texniki təchizat təşkilatının təmin edilməsi "bu əks-hücumdan əvvəl mümkün deyil".

O, həmçinin etiraf edib ki, cəbhə xəttində ukraynalıların irəliləməsi “son dərəcə çətin”dir.

"Üç müdafiə xətti, böyük mina sahələri, nəqliyyat vasitələri üçün ciddi maneələr var",-deyə Bauer vurğulayıb.

Ukrayna F-16-ları 2023-cü ildə alacağını gözləyir, lakin Politico-nun yazdığı kimi, bu, 2024-cü ilin əvvəlinə qədər baş verməyəcək.

Əziz Salam