Bayden Ukraynaya ATACMS raketlərinin tədarükü məsələsini müzakirə edib
ABŞ prezident administrasiyasında təxminən 300 kilometr mənzilli ATACMS raketlərinin Ukraynaya mümkün çatdırılması ilə bağlı qeyri-ictimai müzakirələr gedir.
Oxuməni.az xəbər verir ki, bu barədə “The New York Times” iki ABŞ və bir avropalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, söhbət hazırda ehtiyatda olan bir neçə yer-yer tipli idarə olunan raketlərin tədarükündən gedir.
Qəzet yazır ki, ABŞ uzun mənzilli raketləri Ukraynaya verməkdə tərəddüd edir, çünki ABŞ-ın ATACMS arsenalı nisbətən kiçikdir və mövcud raketlər artıq Koreya yarımadası da daxil olmaqla başqa yerlərdə yerləşdirilib. Bundan əlavə, Pentaqon hesab edir ki, hazırkı mərhələdə Ukraynanın uzaqmənzilli raketlərə ehtiyacı yoxdur.
Müzakirələr Fransanın ən azı 250 kilometr uçuş məsafəsinə malik SCALP raketlərini Ukraynaya ötürmək qərarı ilə bağlı gedir.
Əziz Salamoğlu