Fidan ABŞ dövlət katibi Blinken ilə Vilnüs sammitinin qərarlarını müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Cakartada ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatının yaydığı məlumatda deyilir.
Görüş İndoneziyada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirlərinin iclası çərçivəsində baş tutub.
Fidan və Blinken NATO-nun Vilnüs sammitinin qərarlarının icrası və Əfqanıstandakı mövcud vəziyyəti müzakirə ediblər. Bundan əlavə tərəflər arasında F-16 qırıcılarının Türkiyəyə verilməsi ilə bağlı fikir mübadiləsi edilib.
Əziz Salamoğlu
Digər xəbərlər