Türkiyə Seymur Herşin açıqlamalarını spekulyasiya adlandırıb

Türkiyə Seymur Herşin açıqlamalarını spekulyasiya adlandırıb

17 İyul 2023 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın İsveçin NATO-ya üzvlüyünün təsdiqi müqabilində Türkiyəyə BVF krediti təklif etməsi ilə bağlı xəbərlər spekulyasiyadır.

Oxuməni.az xəbər verir ki, bunu vitse-prezident Cevdet Yılmaz deyib.

O, “A-Haber” telekanalında amerikalı jurnalist Seymur Herşin bu mövzuda dərc olunmuş yazısına əhəmiyyət verilməməsi lazım olduğunu vurğulayıb.

“Türkiyə öz yolunu seçmiş bir ölkədir. Biz öz işini görən ölkəyik. BVF-yə borcumuzla bağlı münasibətimiz bitdi. Çox çətin bir dövrdə ölkəmiz uğurlu işini davam etdirib və davam etdirəcək. Bu spekulyasiyadan başqa bir şey deyil. Buna diqqət etməməlisən. Başlanğıc üçün amerikalılardan onların iddia etdiklərinin doğru olub-olmadığını soruşmaq daha yaxşıdır”, - deyə Yılmaz bildirib.

İyulun 13-də Pulitzer mükafatı laureatı Seymur Herş adı açıqlanmayan mənbələrə istinadən iddia edib ki, ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana BVF-dən 11-13 milyard dollar maliyyə yardımı vəd edib. Bunun üçün Ankaraya İsveçin NATO üzvlüyünü ratifikasiya etmək kifayətdir.

Əziz Mustafa, Oxuməni.az