Henri Kissincer Pekində Çin lideri ilə görüşüb
100 yaşı tamam olan keçmiş dövlət katibi Henri Kissincer Pekində Çin prezidenti Si Cinpinlə görüşüb.
Oxuməni.az xəbər verir ki, bu barədə Çin dövlət mediası məlumat yayıb.
CCTV-nin məlumatına görə, Kissincer Si Cinpin ilə dövlətə məxsus Diaoyu Qonaq Evində görüşüb. Danışıqlarla bağlı başqa təfərrüatlar açıqlanmayıb.
100 yaşlı Kissincer son bir neçə gündə Çinin baş diplomatı Vanq Yi və Çinin müdafiə naziri Li Şanqfu ilə görüşüb.
Kissincer prezidentlər Riçard Nikson və Cerald Fordun administrasiyalarında dövlət katibi və milli təhlükəsizlik üzrə müşavir vəzifələrində çalışıb. O, 1970-ci illərdə Vaşinqton və Pekin arasında münasibətlərin normallaşdırılmasında əsas diplomatik rol oynayıb.
Vaşinqton Ağ Evin Kissincerin Çinə səfərindən xəbərdar olduğunu bildirərək, onun ABŞ hökuməti adından hərəkət etmədiyini qeyd edib. Kissincer vəzifəsini tərk etdikdən sonra müntəzəm olaraq Çinə səfər edib.
Əziz Mustafa