Pentaqon Ukraynaya 1,3 milyard dollarlıq hərbi yardım ayrıldığını açıqlayıb
Pentaqon bildirib ki, ABŞ Ukraynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib. Oxuməni.az xəbər verir ki, buraya dörd NASAMS zenit-raket kompleksi və Phoenix Ghost və Switchblade dronları daxildir.
Həmçinin yeni paketə daxildir:
152 mm-lik artilleriya mərmiləri;
TOW raket sistemi (3,75–4,5 km);
aviasiya sursatları;
PUA-ların və elektron müharibə vasitələrinin aşkarlanması vasitələri;
150 yanacaq daşıyan maşın;
yedəkləmə avadanlığı üçün 115 taktiki avtomobil;
50 taktiki bərpa maşını;
taktiki təhlükəsiz rabitə sistemləri.
ABŞ sonuncu dəfə iyulun 7-də Ukraynaya silah göndərdiyini açıqlamışdı: 800 milyon dollarlıq paketə Bradley piyada döyüş maşınları, Stryker zirehli personal daşıyıcıları, HIMARS və Patriot sistemləri üçün döyüş sursatları daxil idi. Ümumilikdə ABŞ Ukraynaya 43 milyard dollardan çox hərbi yardım göstərib.
Əziz Mustafa