Sığınacaq axtaranlar üçün suda üzən həbsxana

Sığınacaq axtaranlar üçün suda üzən həbsxana

21 İyul 2023 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniya parlamenti tərəfindən qəbul edilən mübahisəli immiqrasiya qanunu layihəsindən bir neçə saat sonra yüzlərlə sığınacaq axtaran şəxsin yerləşəcəyi “Bibby Stockholm” gəmisi Portlendə gəlib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Planın tənqidçiləri və etirazçıları barjanı “üzən həbsxana” adlandırırlar.

Britaniya mətbuatında “üzən qaçqın düşərgəsi” kimi tanınan və həbsxanaya bənzədilən barj Dorsetdəki Portlend limanına gəlib.

İngiltərə hökumətinin qaçqınların sığınacağı üçün hazırladığı barjanın görüntüləri sosial mediada gündəm olub.

Məlumata görə, Bibby Stokholm 500-dən çox sığınacaq axtaran şəxsə ev sahibliyi edəcək. Görüntülər sosial şəbəkələrdə yayılıb. İnsan haqları qruplarından reaksiyalar gəlib. Məlumata görə, İngiltərədəki otellərdə təxminən 51 min sığınacaq axtaran şəxs yaşayır. Bu gündəlik 6 milyon funt-sterlinqə başa gəlir.

Böyük Britaniyada immiqrasiya qanunu bu yaxınlarda parlamentdə qəbul edilib. Birləşmiş Millətlər Təşkilatı (BMT) qanun layihəsini pisləyib və onu beynəlxalq hüququn pozulması adlandırıb.

Murad Şahməmməd