Rusiya və Çexiya arasında münasibətlər gərginləşib

Rusiya və Çexiya arasında münasibətlər gərginləşib

27 İyul 2023 12:16
Bəyəndim (0) Bəyənmədim (0)


Çexiya Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin rusofobiya ilə bağlı ittihamlarına cavab olaraq, Moskvanı Ukraynadan “çıxmağa” çağırıb.

Oxuməni.az xəbər verir ki, bununla bağlı bəyanat Çexiya Xarici İşlər Nazirliyinin rəsmi Twitter səhifəsində dərc edilib.

Bundan əvvəl Rusiya insan haqları ilə bağlı tənqidi hesabat dərc edib. Çexiyaya həsr olunmuş hissədə Moskva Praqanın ifadə azadlığını məhdudlaşdırmasına, qaraçılara və digər azlıqlara qarşı ayrı-seçkiliyə işarə edib, həmçinin onu rusofobiyanı qızışdırmaqda ittiham edib.

Çexiya Xarici İşlər Nazirliyinin cavabı özünü çox gözlətməyib. “Çexiyanın xroniki problemləri: biz uşaqları qaçırmırıq, xəstəxanaları bombalamırıq və qonşu ölkələri işğal etmirik. Ukraynadan çıxın!”- Çexiya Xarici İşlər Nazirliyi Twitter-də Rusiyaya belə cavab verib.

Əziz Mustafa