Yaponiya Rusiyaya mühərrikinin həcmi 1,9 litrdən çox olan avtomobillərin ixracını qadağan edib

Yaponiya Rusiyaya mühərrikinin həcmi 1,9 litrdən çox olan avtomobillərin ixracını qadağan edib

28 İyul 2023 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya hökuməti Rusiyaya mühərrikinin həcmi 1,9 litrdən çox olan və hibrid mühərrikli avtomobillərin, eləcə də yük avtomobilləri üçün təkərlərin tədarükünə qadağa qoyub.

Oxuməni.az xəbər verir ki, yeni məhdudiyyətləri İqtisadiyyat Nazirliyinin rəhbəri Yasutoşi Nişimura açıqlayıb.

Ümumilikdə, Yaponiya İqtisadiyyat Nazirliyinin saytında dərc edilmiş yeni sanksiyalar siyahısı, əsasən, artıq məhdudlaşdırıcı tədbirlərə məruz qalmış kateqoriyalar üzrə 750 maddədən ibarətdir. Xüsusilə, söhbət yaxtalar, ağır avtomobillər üçün təkərlər, avtomobil oturacaqları, avtomobil kilidləri və s. Həmçinin siyahıda keramika, kağız, şüşə, keramik plitələr, asfalt, sementdən hazırlanmış bir neçə məhsul var. Bundan əlavə, siyahıya işlənmiş paltarlar, tekstil, yun və pambıq daxildir. Təchizatı qadağan edilən boya və lak məhsullarının, foto və video çəkiliş üçün materialların çeşidi genişləndirilib.

İyun ayında Avropa İttifaqı 11-ci sanksiyalar paketi çərçivəsində Rusiya Federasiyasına mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin, həmçinin elektromobillərin və hibridlərin tədarükünə qadağa qoyub.

Əziz Mustafa