Pakistanda bombalı hücumda 39 nəfər öldü

Pakistanda bombalı hücumda 39 nəfər öldü

31 İyul 2023 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda qurultay keçirilən binada törədilən hücumda 17-si ağır olmaqla azı 39 nəfər ölüb, 123 nəfər yaralanıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Pakistanın Hayber Paxtunxva əyalətində koalisiya hökumətinin tərəfdaşlarından biri olan İslam Üləma Partiyasının konqresini hədəf alan bombalı hücumda ən azı 39 nəfər ölüb, 123 nəfər yaralanıb.

Ştatın Bajaur bölgəsindəki konqres binası daxilində baş verən hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Qurultay iştirakçılarının sayı 500 nəfərdən çox olub. Rəsmilər konqresə 500-dən çox adamın qatıldığı təxmin edildiyini və ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Ölənlər arasında bölgədəki yüksək səviyyəli rəhbərlərinin də olduğunu qeyd edən səlahiyyətlilər, «Geo News» televiziyasının operatorunun hücumda yaralandığını və vəziyyətinin ağır olduğunu da qeyd ediblər.

Murad Şahməmməd