Nigerdə ​​minlərlə etirazçı Fransa səfirliyinə hücum edib

Nigerdə ​​minlərlə etirazçı Fransa səfirliyinə hücum edib

31 İyul 2023 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Minlərlə etirazçı Fransa səfirliyinə hücum edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Bəzi məlumatlara görə, hərbi çevriliş tərəfdarları Nigerdəki xarici bazaların bağlanmasını tələb ediblər. Tezliklə izdiham ölkənin paytaxtı Niameydəki Fransa diplomatik missiyasına hücum edib.

Associated Press xəbər verir ki, xuntanı dəstəkləyən və keçmiş fransız müstəmləkəçisinə qarşı çıxan nümayişçilər bu ölkənin diplomatik nümayəndəliyinin qapısını yandıraraq içəri girməyə cəhd ediblər. Öz növbəsində Fransa prezidenti Emmanuel Makron xəbərdarlıq edib ki, ölkəsi öz maraqlarına və vətəndaşlarına hücuma dözməyəcək, bundan əlavə, sonrakı cavab “dərhal və qəti” olacaq.

Hazırda Nigerdə ​​500-600 arası Fransa vətəndaşı var.

Əziz Mustafa