"The Times" qəzetin yazdığına görə London 43 ədəd "Challenger 2" tankını tullayib , tanklar Kiyevə verilə bilərdi
Böyük Britaniya Müdafiə Nazirliyi Britaniyanın zirehli qüvvələrinin tərkibindəki 43 ədəd “Challenger 2” tankından tullayıb , bu da onların təmirinin iqtisadi cəhətdən məqsədəuyğun olmadığını, başqa bir ssenaridə isə bu maşınların Kiyevə verilə biləcəyini göstərirdi , bu barədə Britaniyanın "The Times" qəzeti yazır.
Nəşrin məlumatına görə, silinmə vergi ödəyicilərindən 4 milyon funt-sterlinqdən (4,6 milyon avro) çox vəsaitə başa gəlib.
Yanvarda Böyük Britaniya Kiyevə 14 "Challenger 2" tankı tədarük edəcəyini açıqlamışdı.
Qəzet xatırladır ki, 1990-cı illərin ortalarında Britaniya hakimiyyəti İraq müharibəsində istifadə edilmiş 386 Challenger 2 tankı alıb, onlardan 40-ı 2010-cu ilə qədər məhv edilib. 2010-cu ilin Strateji Müdafiə və Təhlükəsizlik İcmalı çərçivəsində belə maşınların sayı 40 faiz azaldılıb.
Londondakı Müdafiə Nazirliyi bu maşınların ümumi sayını 148 ədədə qədər azaltmağı və yeni standarta - "Challenger 3"-ə yüksəltməyi planlaşdırır.
E.Axund