Kosmik gəmi səhv verilən əmrə görə siqnalını itirib
NASA-nın Voyager 2 kosmik gəmisi səhv verilən əmrə görə siqnalını itirib. NASA kosmosdakı gəmisinin əlaqə vasitəsinin pozulduğunu və Yer kürəsindəki missiya komandasından əmr ala bilmədiyini açıqlayıb. İndi o, Avstraliyanın Kanberra şəhərindəki nəhəng peyk antenası olan Voyager 2-dən gələn bir siqnalı tutmağa çalışır.
Təxminən bir həftə əvvəl, Voyager 2-nin uçuş nəzarətçiləri ulduzlararası kosmosun ən dərin nöqtələrinə səyahət edərkən kosmik gəmiyə antennasını Yerdən uzaqlaşdıran yanlış əmr göndərmişdi. Kosmik gəminin antenası cəmi 2 faiz yerini dəyişdi lakin bu, əlaqə üçün kifayət deyildi. Siqnalın bu qədər uzaqdan Yerə çatması üçün 18 saatdan çox vaxt lazımdır. Voyager 2 1977-ci ildə Floridadan Yupiter, Saturn, Uran və Neptunu, eləcə də xarici Günəş sistemini öyrənmək üçün buraxılıb və eyni əkiz Voyager 1-dən bir neçə həftə əvvəl göndərilib. O, 2018-ci ildə ulduzlararası kosmosa daxil olub. O, Uran və Yupiterdə bir sıra yeni peykləri kəşf edib. Gələn həftə NASA-nın Dərin Kosmos Şəbəkəsinin bir hissəsi olan Kanberra antenası da Voyager missiyalarını idarə edən NASA-nın Reaktiv Sürət Laboratoriyasına görə hədəfinə çatmaq ümidi ilə doğru komanda ilə Voyager 2-nin ətrafını bombalayacaq. Əks halda, NASA kommunikasiyanı bərpa etməli olan avtomatik kosmik gəminin sıfırlanması üçün oktyabr ayına qədər gözləməli olacaqlar.
Hələ də Yerlə təmasda olan Voyager 1 indi təxminən 24 milyard km uzaqlıqdadır və bu, onu bəşəriyyətin ən uzaq kosmik gəmisinə çevirir.
Murad Şahməmməd

































































.jpg)
.jpg)
.jpg)














