Türkiyədə irimiqyaslı yanğın: 10 fabrik yanıb
Bursa vilayətində genişmiqyaslı yanğın baş verib. Alov 10 fabriki bürüyüb. Yanğın havadan söndürülüb. Artıq bir neçə insan tələfatı barədə məlumat var.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
5 saatdan artıq davam edən yanğının söndürülməsinə 105 yanğınsöndürən maşını və 200 canlı qüvvə göndərilib. 4 helikopter və 2 yanğınsöndürən təyyarədən istifadə edilib.
Bir neçə saat davam edən yanğın əvvəlcə Bursanın İnegöl rayonundakı fabriklərdən birində baş verib. Bir müddət sonra alov qonşu 10 fabrikə keçib, onların arasında metal, mebel və tekstil istehsalı müəssisələri də var. İlkin məlumatlara görə yanğın nəticəsində 4 nəfər xəsarət alıb.
Əziz Mustafa
Digər xəbərlər

































































.jpg)
.jpg)
.jpg)














