Amerikalıların üçdə biri ABŞ qoşunlarının Ukraynaya göndərilməsinin tərəfdarıdır
Redfield & Wilton Strategies təşkilatının Newsweek jurnalı üçün keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların üçdə biri ABŞ qoşunlarının Ukraynaya göndərilməsinin tərəfdarıdır.
Oxuməni.az xəbər verir ki, rəyi soruşulanların 31%-i ABŞ qoşunlarının Ukraynadakı döyüş bölgəsinə göndərilməsini dəstəkləyəcək. Respondentlərin 34%-i belə bir addımın əleyhinə çıxıb, qalanları isə suala cavab verməkdən çəkinib.
Münaqişə zonasına ABŞ qoşunlarının göndərilməsinə ən güclü dəstəyi 26 yaşdan aşağı gənc amerikalılar verib. Yaşı 59-dan yuxarı olan respondentlərin üçdə biri bu təşəbbüsə qarşı çıxıb, digər 25 faizi isə qəti şəkildə əleyhinə çıxıb. Pentaqon sorğunun nəticələrini şərh etməkdən imtina edib.
Tədqiqat 25 və 26 iyul tarixlərində onlayn formatda 1,5 min amerikalı arasında aparılıb.
ABŞ hakimiyyət orqanlarının nümayəndələri dəfələrlə bəyan ediblər ki, Vaşinqton Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün hərbi kontingent göndərmək niyyətində deyil.
Əziz Mustafa

































































.jpg)
.jpg)
.jpg)














