Suriyada daha bir İŞİD lideri öldürülüb

Suriyada daha bir İŞİD lideri öldürülüb

4 Avqust 2023 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

İŞİD terror təşkilatı lideri Əbu Hüseyn əl-Hüseyni əl-Kureşinin ölümü ilə bağlı xəbərləri təsdiqləyib.

Oxuməni.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalının yaydığı məlumatda deyilir.

Sosial şəbəkələrdə yayılan açıqlamada terrorçular bildiriblər ki, onların lideri Suriyanın şimal-qərbində İŞİD və Cəbhət ən-Nusra qruplaşması arasında baş verən toqquşmalarda öldürülüb.

Terrorçular həmçinin yeni lider təyin etdiklərini açıqladılar. Onların yeni lideri Əbu Həfs əl-Haşimi əl-Kureşi olub.

Əziz Salamoğlu