Катар hava məkanını qismən açıb

Катар hava məkanını qismən açıb

14:00
Bəyəndim (2) Bəyənmədim (0)


Qətərin hava məkanı yaxın səkkiz saat ərzində məhdud sayda sərnişin təyyarələrinin uçuşları üçün qismən açılıb. Oxuməni.az xəbər verir ki, bu barədə TASS-a ölkə üzərindəki aviasiya hərəkətinə cavabdeh olan "Doha" uçuş məlumatı rayonunun dispetçer xidmətindən mənbə bildirib.
Agentliyin həmsöhbəti deyib: "Ümumdünya vaxtı ilə saat 12:00-a qədər hava məkanı ölkənin hava limanlarına və geriyə uçan məhdud sayda sərnişin reysləri üçün açıqdır".
O xatırladıb ki, Qətər aviasiya orqanları martın 7-dən etibarən sutkada bir neçə saat ərzində səmanın qismən açılmasını tətbiq etməyə başlayıblar, qalan vaxtlarda isə hava məkanı bağlı qalır, ölkə üzərindən üçüncü ölkələrə tranzit uçuşlar da həyata keçirilmir.
Almaz Həsənli