Pekində daşqın nəticəsində ölənlərin sayı 33-ə çatıb
Pekində daşqın nəticəsində ölənlərin sayı 33-ə çatıb.
Oxuməni.az xəbər verir ki, bu barədə avqustun 9-da şəhər merinin müavininə istinadən Sinxua agentliyi məlumat yayıb.
“Daha 18 nəfər, o cümlədən xilasedici hələ də itkindir. 33 nəfərin ölümü əsasən daşqınlar və evlərin uçması nəticəsində baş verib”, - deyə qəzet yazır.
Daha 18 nəfər itkin düşüb. İndiyədək 1,29 milyon insan daşqınlardan zərər çəkib, 59 min bina dağılıb, 147 min nəfərə ciddi ziyan dəyib. İndi səlahiyyətlilər itkilərin ümumi dəyərini hesablayır.
İyulun sonundan Pekində güclü yağışlar başlayıb. Şəhərin bəzi yerlərində rekord miqdarda - 740 mm-dən çox yağıntı düşüb. Xüsusilə, Mentougou və Fangshan bölgələri daha çox zərər görüb.. Şəhərin təhlükəli ərazilərindən 127 min insan təxliyə edilib.
Əziz Mustafa























































.jpg)
.jpg)
.jpg)


























