Taliban Türkiyədən investisiya istəyir
Taliban hərəkatının yaratdığı hökumətin sədr müavini vəzifəsini tutan Əbdül Qani Baradar Türkiyəyə səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Oxuməni.az xəbər verir ki, bu barədə TOLOnews telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, görüş zamanı Baradar türk şirkətlərinin Əfqanıstan iqtisadiyyatına investisiyalarının həcminin artırılmasının tərəfdarı olduğunu bildirib.
O, Türkiyə ilə Əfqanıstan arasında “ortaq investisiya palatalarının yaradılması və hava dəhlizlərinin təşkil edilməsi kimi məsələlərə də toxunub. Bundan əlavə, Taliban baş nazirinin müavini “Türkiyə hökumətindən Əfqanıstandan gələn mühacirlərə yaxşılıq etməyi xahiş edib”.
Əziz Mustafa
Digər xəbərlər

































































.jpg)
.jpg)
.jpg)














