Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

11 Avqust 2023 13:41
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın şimalında Hokkaydo sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidməti (USGS) 5,8 bal gücündə zəlzələnin episentrinin Hokkaydo olduğunu açıqlayıb.

USGS zəlzələnin yerin 39,3 kilometr dərinliyində baş verdiyini bildirib.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

Murad Şahməmməd