Argentinada keçirilən praymeriz gözlənilməz nəticələr verib
Argentinada “açıq birdəfəlik məcburi praymerizlər” (PASO) keçirilib. Onları özünü sistem əleyhinə namizəd adlandıran 52 yaşlı ultra-liberal və libertar iqtisadçı Javier Miley qazanıb.
O, səslərin 30%-dən çoxunu qazanaraq ənənəvi sağ və sol namizədləri kənara çəkə bilib.
İqtisadiyyatın dollarlaşmasının tərəfdarı və dövlət sektoru üçün "zəncirli mişar planı"nı, media tərəfindən artıq "Argentinalı Tramp" adlandırılan Miley, nəticədə Mərkəzi Bankı ləğv etmək, 3 il əvvəl qanuniləşdirilmiş aborta qadağa qoymaq, həmçinin silah qanunlarını yumşaltmaq niyyətindədir.
O, keçmiş təhlükəsizlik katibi (28%) sağçı siyasətçi Patrisiya Bullrixdən üstün olub.
Hazırkı iqtisadiyyat naziri Sergio Massa təxminən 27% səslə üçüncü olub ki, bu da “Peronist“ düşərgəsi üçün onilliklərdəki ən pis nəticədir.
E.Axund


















































































