Borc səbəbindən bütün Livan işıqsız qalıb

Borc səbəbindən bütün Livan işıqsız qalıb

17 Avqust 2023 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Électricité du Liban cümə axşamı gecəsi bildirib ki, Livanda iki istilik elektrik stansiyasının bağlanması səbəbindən elektrik enerjisi yeddi saatdan çox kəsilib.

“İki İES-in operatoru - Deyr Əmmar və Zəhrani çərşənbə günü bildirib ki, xarici valyutada borcların ödənilməməsi səbəbindən İES yerli vaxtla saat 17:00-dan etibarən dayandırılacaq. Operator vədinə əməl etdi”, - deyə şirkətdən bildirilib.

Ölkənin qaranlığa qərq olması səbəbindən su nasos stansiyaları və müxtəlif infrastruktur obyektləri sıradan çıxıb.

Əziz Salamoğlu