Viktor Krivopuskov Ermənistana girişi arzuolunmaz şəxslər siyahısına əlavə edilib

Viktor Krivopuskov Ermənistana girişi arzuolunmaz şəxslər siyahısına əlavə edilib

24 Avqust 2023 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ermənistanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Viktor Krivopuskov Ermənistana girişi arzuolunmaz şəxslər siyahısına əlavə edilib.

Qeyd olunur ki, Krivopuskov Moskvadan cümə axşamı səhər tezdən Aeroflot reysi ilə gəlib, lakin Yerevan Zvartnots hava limanında onun sərhədi keçməsinə icazə verilməyib.

2009-2013-cü illərdə Krivopuskov “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri və Rusiyanın İrəvandakı səfirliyinin müşaviri olub.

Bundan əvvəl “News Media” nəşriyyatının baş direktoru və prezidenti Aram Qabrelyanov, habelə Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulin və “Russia Today” qəzetinin baş redaktoru Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib. .

Əziz Salamoğlu