Macarıstanda sovet əsgərlərinin xatirəsinə abidə açılıb

Macarıstanda sovet əsgərlərinin xatirəsinə abidə açılıb

25 Avqust 2023 18:58
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstanın Budapeştdən 200 km cənub-qərbdə yerləşən Nagybayom şəhərində sovet hərbi abidəsi bərpadan sonra açılıb.

Mərasimdə Rusiya, Azərbaycan, Belarus və Qazaxıstan səfirliklərinin əməkdaşları, Macarıstan ictimaiyyətinin Budapeşt, Kapoşvar və Peç şəhərlərinin nümayəndələri iştirak ediblər.

Mərasimdə Rusiyanın Macarıstandakı səfiri Yevgeni Stanislavovun “Bizim borcumuz bütün bəşəriyyətin azadlığı uğrunda müharibədə canlarından keçmiş sovet əsgərlərinin şücaətini xatırlamaqdır” deyən təbriki oxunub.

Əziz Mustafa