Rusiya təyyarələr üçün sanksiyaya uyğun ehtiyat hissələrini Tacikistan şirkətləri vasitəsilə alıb

Rusiya təyyarələr üçün sanksiyaya uyğun ehtiyat hissələrini Tacikistan şirkətləri vasitəsilə alıb

29 Avqust 2023 18:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya hava yolları ABŞ və Avropanın sanksiyalarına və ticarət məhdudiyyətlərinə baxmayaraq, keçən ilin may ayından ən azı 1,2 milyard dollar dəyərində təyyarə ehtiyat hissələri alıb. Sanksiyalardan yan keçərək ehtiyat hissələrinin alınması sxemində digərləri ilə yanaşı Tacikistanın tikinti şirkətləri də iştirak edib. Bu barədə “Reuters” gömrük məlumatlarının təhlilinə istinadən yazır.

Agentliyin materialları göstərir ki, ticarət məhdudiyyətləri tətbiq olunmazdan əvvəl Rusiyanın Ural Hava Yolları, Aeroflot, S7 və başqaları Almaniyanın Lufthansa Technik kimi qlobal şirkətlərinin texniki dəstəyinə arxalanırdı. Bu firmalar xidmət göstərməyi dayandırdıqda, Rusiya aviaşirkətləri daha kiçik təchizatçılardan ibarət qruplara müraciət etdilər.

Reuters sübut kimi Northrop Grumman tərəfindən istehsal olunan texniki cihazların 2022-ci ildə iki Tacikistan şirkəti tərəfindən Ural Hava Yollarına çatdırılmasını göstərir.

“2022-ci ilin iyul ayında qurğulardan biri Tacikistanda yerləşən “İstiqloliyat 20” tikinti şirkəti tərəfindən BƏƏ vasitəsilə Ural Hava Yollarına göndərilib. Məlumata görə, 2022-ci ilin sentyabrında başqa bir Tacikistan tikinti firması olan Kafolati Komil də hissələrdən birini BƏƏ vasitəsilə Rusiyaya göndərib.

Qeyd olunur ki, “İstiqloliyyət 20”nin rəhbəri Məhmədboşir Yakubov vəziyyətlə bağlı şərh almaq istəyən telefon zənglərinə cavab verməyib. Xəbər agentliyi “Kafolati Komil” şirkətinin icraçı direktoru Komilçon Yakubovla da əlaqə saxlaya bilməyib.

Gömrük qeydlərinin təhlili göstərdi ki, təyyarələrin hissələri Rusiyaya Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin və Qırğızıstandan olan vasitəçilər vasitəsilə daxil olur. O cümlədən, Moldovanın “Air Rock” və “Aero stage” şirkətləri tərəfindən alınan ehtiyat hissələri Qırğızıstan ərazisindən keçməklə Rusiyaya çatdırılıb.

Əziz MUSTAFA