Pentaqon Ukraynaya kaset sursatları göndərməyəcək

Pentaqon Ukraynaya kaset sursatları göndərməyəcək

30 Avqust 2023 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Ukraynaya göndərəcəyi yeni yardım paketinə kaset sursatları daxil olmayacaq.

Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib.

Sinqh həmçinin Independent nəşrinə Amerikanın Ukraynaya kaset raketləri göndərməyi nəzərdən keçirməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.

Daha əvvəl Life nəşri ABŞ-ın Ukraynaya 250 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan etdiyini yazmışdı. Buraya, o cümlədən, hava hücumundan müdafiə sistemləri üçün raketlər və artilleriya sursatları daxil olacaq.

Əziz Baş Göynüklü