Qazaxıstan hərbçiləri KTMT-nin birgə təlimlərində iştirak edəcək
Qazaxıstan hərbçiləri Belarusda KTMT-nin birgə təlimlərində iştirak edəcək, amma texnika ora göndərilməyəcək və onlar Ukrayna ilə sərhəddən uzaqda dayanacaqlar.
Orda.kz xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Müdafiə naziri Ruslan Jaksılıkov hökumətin iclasında bildirib. Jaksılykov Qazaxıstan hərbi texnikasının Belarusa göndərilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
“İnternet məkanında Qazaxıstanın zirehli texnika göndərdiyi iddia edilən xəbərlər saxtadır. Bu günə kimi bütün texnika daimi dislokasiya məntəqələrindədir, təlimlərə 11 nəfərdən ibarət əməliyyat qrupu göndərilib. Müvafiq olaraq, bu, idarəetmə orqanlarının işidir”.
Onun sözlərinə görə, planlaşdırılan təlimlərin keçirilmə yeri əvvəlcədən seçilib və hərbi əməliyyatların getdiyi Ukrayna ilə sərhədə yaxınlıq bunda heç bir rol oynamayıb.
“Belarus KTMT-nin üzvü olan sülhsevər dövlətdir. Qərar tədbirin keçirildiyi yer barədə əvvəlcədən verilir. Bunda Ukraynaya qarşı heç bir təhdid və ya təhlükə yoxdur”, - deyə nazir əlavə edib.
O qeyd edib ki, təlimlər çərçivəsində birgə məşğələlər və təlimlər nəzərdə tutulub.
Əziz Mustafa























































.jpg)
.jpg)
.jpg)


























