Rusiya hava limanları "Xalça" altında

Rusiya hava limanları "Xalça" altında

31 Avqust 2023 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva vilayətinin Voskresenski rayonunda paytaxta doğru hərəkət edən pilotsuz təyyarəni vurub, bunu Moskva meri Sergey Sobyanin bildirib.

“Hər hansı tələfat və dağıntı yoxdur. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir”, - deyə o qeyd edib.

Bir gecədə Moskva hava limanlarında 40-dan çox reys gecikdi və ya ləğv edildi. Moskva vaxtı ilə saat 06:44-ə olan məlumata görə, Vnukovoya 14 reys təxirə salınıb. Domodedovoda 16 reys gecikdi, biri ləğv edildi; Şeremetyevoda səkkiz reys xeyli gec eniş edib.

“Baza”nın məlumatına görə, Domodedovo və Vnukovoda “Xalça” planı elan edilib. Bu plan, "arzuolunmaz" uçan obyektlər aşkar edildikdə və ya onların baş vermə riski olduqda tətbiq edilir.

Əziz MUSTAFA