Türkiyə ŞƏT-ə üzv olma məsələsinə ciddi yanaşır

Türkiyə ŞƏT-ə üzv olma məsələsinə ciddi yanaşır

13 İyul 10:18
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq niyyətindədir, Prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitindən sonra mətbuat konfransında bildirib.

KİV-in məlumatına görə, o, ŞƏT-ə üzv olmaq üçün gözlənilən tarixləri açıqlamayıb.

“Hazırda ŞƏT-də müşahidəçi statusuna malik olan Türkiyənin məqsədi təşkilata tamhüquqlu üzv olmaqdır. İndi o, Şanxay beşliyinə qoşulmalıdır”, - Ərdoğan deyib.

Türkiyə prezidenti iyulun 3-4-də Astanada keçirilən ŞƏT sammitində iştirak edib. Tədbir çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə görüşüb və onu Türkiyəyə dəvət edib. Rəcəb Tayyib Ərdoğan sammitdən sonra Rusiya və Çinlə ŞƏT çərçivəsində əlaqələri inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb.

Oxuməni.az