BMT: Sudanda 23 milyon insanın kifayət qədər qidaya çıxışı yoxdur
Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda 23 milyon insanın kifayət qədər qidaya çıxışı olmadığını və 750 min insanın aclıq astanasında olduğunu bildirib.
BMT-nin sözçüsü Stephane Dujarric mətbuat konfransında Sudan xalqının "ən pis ssenari" ilə üzləşdiyini qeyd edib.
Dujarrik bildirib ki, Sudan humanitar planı üçün hər il tələb olunan 2,7 milyard dolların yalnız 30 faizi maliyyələşdirilir.
Sudanda 23 milyon insanın kifayət qədər qidaya çıxışı olmadığını ifadə edən Dujarrik, "Məsələn, bu, Avstraliyanın bütün əhalisinə uyğun gəlir" deyə bildirib. 750 min insanın aclıq astanasında olduğu məlumatını paylaşan Dujarrik yağışlı mövsümdə vəziyyətin daha da pisləşəcəyinə diqqət çəkib…
Oxuməni.az
Digər xəbərlər