Danimarka Gürcüstana 4 illik hərbi yardımını dayandırıb
Danimarka xarici təsirin şəffaflığı haqqında qanuna (xarici agentlər qanunu) görə Gürcüstana hərbi yardımı dayandırıb. Bu barədə Gürcüstan parlamentinin üzvü Teona Akubardiya Danimarka Xarici İşlər Nazirliyinin məktubuna istinadən məlumat verib.
Krallıq Gürcüstana hərbi yardım göstərməyə 2023-cü ildə başlayıb, büdcə 71,5 milyon Danimarka kronu (təxminən 10,376 milyon dollar) təşkil edib.
Bundan əlavə, məktubda qeyd edilir ki, Danimarka Gürcüstan hökumətini Avro-Atlantika yoluna qayıtmağa, Akubardyanın qeyd etdiyi kimi, Danimarka və Gürcüstan arasında möhkəm ikitərəfli əlaqələrin əsasını təşkil edən Avropa İttifaqının islahatlar proqramına əməl etməyə çağırır.
Parlamentarin sözlərinə görə, bu, ən pis vəziyyətdir, Gürcüstana vurulan reputasiya zədələnməsi onun suverenliyinə və ərazi bütövlüyünə, habelə ölkənin özünü müdafiə qabiliyyətinə ciddi zərbədir.
Oxuməni.az