Çində icad edilən yeni parça həşəratları dəf edir və öldürür

Çində icad edilən yeni parça həşəratları dəf edir və öldürür

9 Sentyabr 21:07
Bəyəndim (2) Bəyənmədim (0)


Çinin Suçjou Universitetinin alimləri yeni lahiyə işləyərək həşəratları effektiv şəkildə ürküdüərək dəf edə bilən unikal parça təqdim ediblər.
Texnologiyanın əsasını həşəratları dəf etmək qabiliyyəti ilə tanınan maddə olan 25%-ə qədər linalool ehtiva edən lavanda yağı təşkil edir. Bununla belə, linaloolun bir çatışmazlığı var - ultrabənövşəyi şüalara məruz qaldıqda tez buxarlanır. Bu problemi həll etmək üçün tədqiqatçılar parça strukturunda lavanda yağı saxlayan xüsusi ipək kapsullar yaradıblar. Bu kapsullar pambıq lifləri ilə birləşdirilib, bunun sayəsində material bir neçə dəfə yuyulduqdan sonra da qoruyucu xüsusiyyətlərini saxlayır.
Testlər göstərib ki, hazırlanmış parça təkcə ağcaqanadları dəf etmir, həm də 24 saat ərzində onları öldürür. Qeyd etmək lazımdır ki, parçanın təsiri təkcə ağcaqanadlara deyil, həm də birələri, güvələri və milçəkləri dəf edir, bu da onu müxtəlif həşəratlara qarşı universal qoruma edir.
Bu yenilik evdə və açıq havada zərərvericilərə qarşı mübarizədə irəliyə doğru böyük bir addım olmaq potensialına malikdir və rahat, uzunmüddətli qorunma təmin edir. Alimlər səmərəliliyi artırmaq və texnologiyanı digər materiallara genişləndirmək üçün tədqiqatları davam etdirirlər.
AlmazHəsənli