Özbəkistanda Rusiya pilotsuz təyyarələrinin istehsalı təşkil olunacaq
Rusiya Özbəkistanda mülki pilotsuz təyyarələrin istehsalının yaradılmasını təklif edib. Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin iki ölkənin hökumət başçıları səviyyəsində birgə komissiyanın iclasında bildirib.
Rəsmi izah edib ki, Moskva və Daşkənd “respublikada mülki pilotsuz uçuş sistemləri və onların komponentlərinin istehsalının lokallaşdırılması” imkanını nəzərdən keçirir.
Rusiya Özbəkistanda dəmir yolu maşınqayırması sahəsində də istehsal təşkil etməyi planlaşdırır.
Oxuməni.az
Digər xəbərlər