Mask bildirib ki, ABŞ-da artıq real seçkilər olmayacaq
Elon Mask xəbərdarlıq edib ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yarışda məğlub olarsa, ABŞ-da artıq real seçkilər olmayacaq.
"Demək olar ki, bütün Demokratik Partiya liderlərinin açıq şəkildə bəyan etdiyi məqsəd 15 milyona yaxın qeyri-qanuni immiqrantı mümkün qədər tez leqallaşdırmaq və daha on milyonlarla insanı prossə cəlb etməkdir. Bu Amerikanı daimi təkpartiyalı dövlətə çevirəcək” – Mask X-də (əvvəllər Twitter) yazıb.
Daha əvvəl iş adamı çoxlu sayda yoxlanılmamış miqrantın ABŞ-a qanunsuz daxil olmasının ölkə üçün “fəlakət resepti” olduğunu bildirmişdi.
Mask indiki Amerika administrasiyasının miqrasiya siyasətini dəfələrlə tənqid edib. Onun fikrincə, ABŞ hakimiyyəti ölkədə qeyri-qanuni miqrantların cinayətlərinin qarşısını almaq üçün heç bir iş görmür. Mask həmçinin Vaşinqtonun immiqrasiya siyasətini dəyişmədiyi təqdirdə ABŞ-ın sona çatacağını müdafiə etdi.
Oxuməni.az