Tayland viza tələblərini asanlaşdırmağa davam edəcəyini söylədi

Tayland viza tələblərini asanlaşdırmağa davam edəcəyini söylədi

12 Sentyabr 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

Tayland turizm sənayesini daha da inkişaf etdirmək üçün ölkəyə giriş qaydalarını sadələşdirmək məqsədilə viza sistemində dəyişiklikləri davam etdirəcək. Bunu parlamentdə hökumət proqramını təqdim edən Tailandın baş naziri Fetonqtan Şinavatra deyib.

“Hökumət viza sisteminin uğurlu restrukturizasiyasını davam etdirməklə, müraciət edənlərin viza almasını asanlaşdırmaqla turizmin inkişaf tempini sürətləndirəcək”,- o bəyan edib

Baş nazir qeyd edib ki, Taylandın turizm sənayesi 2023-cü ildə ölkə 28 milyondan çox xarici ziyarətçini qəbul etdikdən sonra təxminən 1,9 trilyon baht (56 milyard dollar) gəlir əldə edib. Şinavatra vurğulayıb ki, Tayland turizm də əyləncə parkları, ticarət mərkəzləri və əyləncə komplekslərinin sayını artırmaqla inkişaf edəcək.

Oxuməni.az