İsveçrə Ukrayna üzrə ikinci sülh konfransı keçirməyi planlaşdırmır

İsveçrə Ukrayna üzrə ikinci sülh konfransı keçirməyi planlaşdırmır

16 Sentyabr 20:22
Bəyəndim (0) Bəyənmədim (0)



İsveçrə Ukrayna üzrə ikinci sülh konfransı keçirməyi planlaşdırmır. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi yerli Tages-Anzeiger qəzetinə məlumat verib.

"Hazırda İsveçrə ikinci sülh sammitinə hazırlaşmır" deyə departament cavab verib.

Bu arada İtaliyanın xarici işlər naziri Antonio Tajani ilin sonuna qədər Ukrayna ilə bağlı “ciddi sülh konfransı”nın keçirilə biləcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski noyabrda ikinci sülh sammitini keçirmək və Rusiya Federasiyasını ona dəvət etmək istəyir. O, Hindistanı tədbirə ev sahibliyi etməyə dəvət etsə də, Baş nazir Narendra Modi cavab vermədi. Rusiya tədbirdə iştiraka hazır olduğunu təsdiqləməyib.

Oxuməni.az