Ərdoğan:Qəzzada zorakılığı dayandırmaq üçün İsrailə silah embarqosu qoyulmalıdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsrailin Qəzzada həyata keçirdiyi zorakılığı ona qarşı silah embarqosu tətbiq etməklə dayandırıla bilər.
"İsrailin körpələri, uşaqları, anaları və atalarını öldürməsinin qarşısını almaq üçün biz onların silah əldə etməsinin qarşısını almalıyıq. Hazırda Amerika və Almaniya başda olmaqla bir çox ölkə İsrailin silahla kütləvi qətlini davam etdirməsini dəstəkləyir, BMT-də təşəbbüsü öz üzərinə götürmüşük. Bu problemə həll yolu tapmaq və İsrailə qarşı hərtərəfli silah embarqosu tətbiq etmək üçün bu təşəbbüsü dəstəkləyənlərin sayı hər gün artır”, - deyə Ərdoğan BRICS sammitindən qayıdarkən müxbirlərə bildirib.
Oxuməni.az
Digər xəbərlər



















































































