İsveçdə naməlum şəxsin silahlı hücumu nəticəsində 8 nəfər yaralanıb
İsveçin Yençepinq əyalətinin Vetlanda şəhərində 20 yaşlı naməlum şəxs qapalı obyektlərdən birinə silahlı hücum edib.
Oxuməni.az xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahdan atəş açaraq cinayətkarı yaralayıblar. O, xəstəxanaya yerləşdirilsə də, səhhəti ilə bağlı məlumat verilməyib.
Həmçinin onun istifadə etdiyi silahın adı da açıqlanmayıb.
Yerli polis naməlum şəxsin tək olduğuna inandıqlarını bildirib.
Nıhad Axundov, jurnalist
Digər xəbərlər