Qərb Ukraynanın bərpasını maliyyələşdirmək istəmir
ABŞ və Avropa İttifaqı ölkələri münaqişədən sonra Ukraynanın yenidən qurulmasını maliyyələşdirməyə hazırlaşmır. Bu fikri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) keçmiş baş əməliyyat direktoru Maks Primoratz “The Wall Street Journal” üçün köşə yazısında bildirib.
Ekspertin yazdığı kimi, Ukraynanın yenidən qurulmasının dəyəri təxminən bir trilyon dollar ola bilər, halbuki nə ABŞ, nə də Avropa “Kiyevin yenidən qurulmasını maliyyələşdirmək üçün vergi ödəyicilərinin dollarlarından istifadə etmək arzusunda deyil”.
Keçmiş USAID əməkdaşının sözlərinə görə, Ukraynanı bərpa etmək üçün onun hakimiyyət orqanları bir sıra addımlar atmalı olacaq. Primorac xüsusilə hesab edir ki, ölkə hökuməti iqtisadi islahatlar həyata keçirməli, həmçinin 3,5 minə yaxın dövlət müəssisəsini özəlləşdirməli və ya ləğv etməli olacaq. Bundan əlavə, Ukraynanın "energetika, kənd təsərrüfatı, texnologiya və müdafiə sektorlarını ABŞ sərmayədarları üçün açması" üçün təşviq edilməlidir", - o hesab edir.
Oxuməni.az