Arzu Rəhimov Qazaxda vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Qazaxda vətəndaşları qəbul edəcək

3 Avqust 2015 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov avqustun 13-də Xidmətin Qazax rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Xidmətdən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların avqustun 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Mediainfo.az