Saxta "peyğəmbər"in yanında dəfn olunmaq üçün növbə yarandı
Türkiyənin Bursa şəhərində dəfn yeri almaq üçün insanlar növbəyə dayanıb.
Oxumeni.az xəbər verir ki, saxta “Peyğəmbər” İsgəndər Erol Evrenesoğlunun dəfn edildiyi “Hamitlər” qəbiristanlığına yer almaq üçün 100-dən çox insan müraciət edib.
Lakin müraciətlər artdığı üçün qəbiristanlıq rəhbərliyi yer satışını dayandırıb.
Eyni zamanda, məzarı türbəyə çevirməyə də icazə verilməyib.
ABŞ-da vəfat edən Evrenesoğlunun oğlu daha əvvəl “Pınarbaşı” qəbiristanlığında dəfn yeri üçün müraciət etsə də, onun müraciəti qəbul edilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər